Qədim Qaraqaş soyu. Onlardan yadigar qalanlar

Qədim Qaraqaş soyu. Onlardan yadigar qalanlar

Türk toplumunu ifadə edən Karakaş ~ Qaraqaş adını özündə saxlayan yaşayış məntəqələri adları Türk aləmində yetərincə yayılmışdır: Uyğurustanda çay,  Tatarıstanda qəsəbə (Yutazin ray.), Azərbaycanda Qaraqaş yaylağı, Qaraqaşlı dağı, Kür Qaraqaşlı, Xol Qaraqaşlı, Çay Qaraqaşlı və Qaraqaşlı kənd adları yaşamaqdadır.

    Uyqurustanda   (Çin Xalq Respublikasında) olan Kaşqar, Aksu, Yarkənt, Xami kimi şəhərlərlə adı bir çəkilən Xotan vilayətinə bağlı qədim Karakaş Türk şəhərinin (habelə vilayətin) indiki adı Moyuy – Karakaş adının hərfi tərcüməsi olaraq dəyişdirilmişdir(1, 128). Qaraqaşlar hazırda– qıpçaq türklərindən biri olan noqay etnik qrupuna aid tayfa olaraq təsəvvür edilməkdədir. Təsadüfi deyil ki, onlar özlərini “Qara noqay” və ya “Noqay Qaraqaş” adlandırırlar. Bu tayfanın çox yayıldığı diyarlardan biri olan Astarxanın (bu diyarda Qaraqaş adlı çoxlu kənd vardır) Krasnoyar və Xarabalı rayonunun Seitovka, Ak Saray, Kayanlı, Lançak, Xojetay, Belyaçnoe, Yasın-Sokan, Canay, Padşalık, Aral kəndlərində və Kırkile, Svobodnıy qəsəbələrində, İske Kundray, Yana Kundrayda yaşayırlar(2,73). Qıpçaq türklərindən və türkləşmiş moğol qəbiləsi olan Manqıtlar tayfa ittifaqına daxil olan noqaylar adlarını XIII əsrdə bu tayfa ittifaqına rəhbərlik edən Çingiz xanın torunu Noqay xandan almışdı. Xəzər dənizinin şimal və şimal- şərqindəki torpaqlar ilə İdil(Volqa) çayından başlayaraq, Kuban nəhrinin şimalına qıdər Xəzər dənizi və Azak dənizi arasında uzanan Dəşti-Qıpçaqda yaşayan noqaylar XVI əsrin ortalarında Böyük və Kiçik Orda olaraq iki yerə ayrıldılar. Böyük noqaylar Aşağı İdilin sol yaxası ilə Yayık nəhri arasında. Kiçik Noqaylar isə İdilin sağ yaxası ilə Kuban-Azak bölgəsində yaşayırdılar. Qıpçaq türklərinin bir qolu olan Noqaylar – noqay, Qara noqay, Ağ noqay olmaq üzrə üç ləhcəyə ayrılırdı. Gələk Asiyanın ürəyində yerləşən Şərqi TürküstanUyğurlarına: Xanqayda əsası qoyulan (323) və artıq 8-9 yüzilliklərdə özünün dövlət quruculuğuna nail olmuş Şərqi Türk xaqanlığının üzərində yüksələn Uyqur xaqanlığı və ya Uyqur-Orxon xaqanlığı  öz anlayışınca Toquz Oğuz torpağı olaraq adlandıran xaqanlıq  İbn Xordadbek “onların vilayəti Türk ölkələrinin ən böyüyüdür; Çin, Tibet və Karluklarla həmsərhəddir deyə qeyd edirdi(4, 139). Hazırda Çin Xalq Respublikasının Muxtar vilayəti olan Uyğuristan 1955-dən adı dəyişdirilərək Sinzyan qoyulmuşdur. Uyğurustanda planlı şəkildə Türk adları məhv edilir: Karakaş çayının da adı dəyişdirilərək Xeyuxe adlandırılmışdır.Karakaş ~ Qaraqaş yaşayış məntəqələri adları Türk aləmində yetərincə yayılmışdır: Samara vilayətində (Rusiya), kənd, Uyğurustanda çay,  Başkortostanda kənd (Şaran ray.) və Tatarıstanda qəsəbə (Yutazin ray.), Azərbaycanda Qaraqaş yaylağı (Laçın r.), Kür Qaraqaşlı (Salyan r.), Xol Qaraqaşlı (Neftçala r.), Çay Qaraqaşlı (Dəvəçi), Qaraqaşlı (Xaçmaz r.), Ağsu və Sabirabad rayonlarında Qaraqaşlı adları yaşamaqdadır. Gədəbəydə Qaraqaşlı dağı varBunlarla bərabər Kırımda indiki adı: Şirokoe, Stavropol ölkəsində; indi Temnolesskaya (Şpakov ray.) Karakaş kəndi olmuşdur. Rusların türk mənşəli soyadları içərisində Karakaş soyadı da vardır. Moskvaaltı Voskrensk və Çexov  ray bağlı Karakaşevo kəndləri adında Qaraqaşlılar, habelə Türk mənşəli Rus soyadları içərisində rastlanan Karakaş familiyalarında Türk boyu mühafizə olunur.  XV əsrdə Qazı Qumuq şamxallığı beş müstəqil bəyliyin Qazı Qumuq, Karakaş, Kara budak, Arpalı, Cenqotay) onlardan biri Kara Kaş adlanırdı. Kara kaş adı beləliklə indi Çin hüdudlarına girən Türklərin qədim tarixinin düzgün anlaşılmasına və bu fikrin təsdiqlənməsinə şərait yaradır. Tarixən tayfa, nəsil adlarından əmələ gələn və etnik tarixə müəyyən mənada işıq saçan yaşayış məntəqələri adları  coğrafi adların xüsusi bir qrupu – etnonimlərdən yaranan yer adlarına müvafiq ərazinin etnogenez problemlərinə açar salan bir əlverişli vasitə olaraq baxmaq lazımdır.

Qaraqaş noqay evi. Astarxan 20.YY. əvvəli

Tatar Qaraqaşlarının gerbi

Noğay-Qaraqaş döyüşçüsü

Professor Minaxanım Nuriyeva Təkləli

Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

 

Share: