ABŞ qorxunc erməni terrorçusunu azad edir – QƏRAR

1982-ci ildə Türkiyənin Los-Anceles şəhərindəki baş konsulu Kamal Arıkanı qətlə yetirən JCAG erməni terror təşkilatının üzvü Hampiq Sasunyan azad edilə bilər.

Teleqraf.com xəbər verir ki, cinayətin baş verdiyi il ömürlük həbs cəzasına məhkum edilən Sasunyan növbəti dəfə məhkəməyə müraciət edib.

Kaliforniya ştatının rəhbərliyi 2007-ci ildə cəzasının 25 ilini çəkdiyi üçün erməni qatilin cəzasının qalan hissəsini şərti olaraq azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsi haqda qərar verib.

Kaliforniya Təxliyə Komissiyası 2016-cı ildə bununla bağlı Hampiq Sasunyanın da müraciətini qəbul edib. Lakin Kaliforniya qubernatoru Cerald Braun terrorçunun azadlığa buraxılmasına icazə verməyib.

Amma Sasunyan və vəkilləri iddialarından geri çəkilməyiblər. Bununla bağlı məsələyə iyunun 29-da növbəti dəfə Apelyasiya Məhkəməsində baxılacaq.

ABŞ-da fəaliyyət göstərən “Türkiyə-Amerika Milli İnzibati Komitəsi” (TASC) diaspor təşkilatı məhkəmədən əvvəl terrorçuya qarşı kampaniyaya başlayıb. Kampaniya çərçivəsində Kaliforniya Təxliyə Komitəsinə 1000-dən çox məktub göndərilib.

Məktublarda terrorçunu azadlığa buraxmaq istəyən ştat rəhbərliyinə etiraz edilir.

Share: