Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Xankəndində Qarabağ Universitetinin qonağı olub.
Müstəqil.az Olaylar.az -az istinad edərək xəbər verir ki, universitet və orada təhsil alan tələbələr, təhsil ocağının kitabxanası ilə tanış olan Yunus Oğuz elm və innovasiya məsələləri üzrə prorektor Fariz Əhmədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva ilə görüşüb. Görüş zamanı universitetin tədris proqramları və ixtisasları haqqında qonağa geniş məlumat verilib.
Yazıçı özünün müxtəlif illər ərzində qələmə aldığı və ayrı-ayrı vaxtlarda çap olunan 100-dən çox kitabını Qarabağ Universitetinə hədiyyə edib. Yunus Oğuz həmçinin Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın və AYB sədr müavini Rəşad Məcidin kitablarını da universitetə təqdim edib. Bu addım həm tələbələrin ədəbiyyatla daha yaxından tanış olmasına, həm də Qarabağ Universitetinin kitabxanasının zənginləşməsinə böyük töhfədir.
Müstəqil.Az