Binəqədi Tibb Mərkəzində qanvermə aksiyası keçirilib

Binəqədi Tibb Mərkəzində qanvermə aksiyası keçirilib

04 dekabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Milli Hematologiya və Transfuziologiya Mərkəzi publik hüquq şəxsin təşkilatçılığı ilə Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində qanvermə aksiyası keçirildi. Aksiyanın keçirilməsində məqsəd talassemiya və irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşların, eləcə də qana ehtiyacı olan digər xəstələrin qan ehtiyaclarının təmin olunmasına könüllü olaraq dəstək göstərməkdir.

Bu nəcib aksiyada Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Rayon Polis İdarəsinin, Milli Aerokosmik Agentliyinin, Mənzil-Kommunal Təsərrüfat Birliyinin, rayonda fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrinin, bələdiyyələrin, dövlət və özəl qurumların  kollektivləri, İctimai birliklərin üzvləri,  gənclər könüllü olaraq  iştirak etdilər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə  talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq məqsədilə “Talassemiyasız həyat naminə” proqram çərçivəsində Binəqədi rayonunda baş tutan könüllü qanvermə  aksiyasında Mərkəzi Qan Bankının tibbi briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olundu. Aksiyada yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.

Share: