Bakıda Türk Dünyası Gəncləri İctimai Birliyinin təsis iclası keçirilib

Bakıda Türk Dünyası Gəncləri İctimai Birliyinin təsis iclası keçirilib

Dekabrın 9-da Bakıda Türk Dünyası Gəncləri İctimai Birliyinin təsis iclası keçirilmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin iclas otağında baş tutan yığıncaqda İctimai Birliyin idarə heyəti, sədri və sədr müavini seçilmişdir. İdarə Heyətinin yekdil qərarı ilə Əmrah Kərimov təşkilatın sədri seçilmişdir.

Tədbirdə çıxış edən Əmrah Kərimov İB-nin yaranma zərurətindən və qarşıya qoyulan məqsədlərdən danışmışdır.

O bildirib ki, Türk Dünyası Gəncləri İctimai Birliyinin məqsədi, Türk xalqları arasında birliyi, mədəni və tarixi dəyərlərin qorunmasını təşviq etmək, gənclərin inkişafına dəstək olmaq və əməkdaşlığı gücləndirməkdir.

Yığıncağın digər iştirakçıları da yeni yaradılan təşkilatın fəaliyyət istiqamətini yüksək qiymətləndirərək qarşıya qoyulan məqsədlərə çatmaq üçün uğurlar arzu ediblər.

Share: