Elşad Musayev: “Azərbaycan heç bir iddiasından geri çəkilməyəcək”

Elşad Musayev: “Azərbaycan heç bir iddiasından geri çəkilməyəcək”

Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yegişe Kirakosyan bildirib ki, sülh müqaviləsi imzalanacağı təqdirdə Ermənistan və Azərbaycan qarşılıqlı iddialarından imtina edə bilər.

Əgər sülh müqaviləsi imzalanarsa Azərbaycan beynəlxalq məhkəmələrdən Ermənistana qarşı iddialarını geri götürəcəkmi?

Müstəqil.Az xəbər verir ki. bu suala Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev cavab olaraq bildirib ki, Kirakosyanın bu açıqlaması sadəcə adi sözlərdən ibarətdir: “Əvvəla, sülh müqaviləsi imzalanmayıb. Hesab edirəm ki, hələ onun imzalanacağı da sual altındadır. Çünki Paşinyan bu prosesi 2026-cı ilə qədər uzatmağa çalışacaq. Ermənilərin müəyyən vəzifədə və ya qeyri-hökumət təşkilatlarında olan vəzifəli şəxsləri fərqli çıxışlar edə bilər. Amma istənilən halda Azərbaycanın iddialarını geri götürməsi üçün heç bir əsas yoxdur. Ermənilər beynəlxalq və insanlıq əleyhinə cinayət törədiblər. Onlar bunun hesabını verməlidirlər. Azərbaycan heç bir iddiasından geri çəkilməli deyil və çəkilməyəcək”.
BAP Mətbuat Xidməti
Share: