Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Region gənclərinin “yaşıl həyat naminə” həmrəylik kampaniyası” adlı layihə çərçivəsində televiziya verilişləri yayımlanıb.
QHT.az xəbər verir ki, layihə çərçivəsində Ucar və Hacıqabul şəhərlərində yerli gənclərin iştirakı ilə seminar keçirilib. Hər iki tədbirdə çıxış edən DANİB sədri Elməddin Behbud 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyəti, bununla bağlı görülən işlər, təmsil etdiyi təşkilatın həyata keçirdiyi layihə, həmçinin qeyri-hökumət təşkilatlarının üzərinə düşən missiya barədə məlumat verib.
Elməddin Behbud Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsinin Azərbaycanın beynəlxaq nüfuzunun bir daha təsdiqi, dövlətimizə göstərilən böyük etimad, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsi olduğunu bildirib. DANİB sədri Azərbaycanın iqtisadi uğurları, reallaşdırdığı qlobal layihələr, yaşıl enerjiyə keçid istiqamətində həyata keçirdiyi layihələr və tolerant ictimai mühitin prezident İlham Əliyevin fenomenal idarəçilik təcrübəsinin göstəriciləri olduğunu vurğulayıb.
Layihənin eksperti, “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova bildirib ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qatılmaqla olmaqla qlobal iqlim dəyişmələrinə qarşı fəal mübarizə aparır. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Hacıqabul rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Xalid Rəcəbli də çıxışında layihənin əhəmiyyətindən bəhs edib.
Tədbir gənclərin suallarının cavablandırılması ilə başa çatıb.