“Environmental Protection First” koalisiyasının fəaliyyətində gənclərin rolu layihəsi həyata keçirmişdir.

“Environmental Protection First” koalisiyasının fəaliyyətində gənclərin rolu layihəsi həyata keçirmişdir.

 

Gənclərin Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə ”Environmental Protection First” koalisiyasının fəaliyyətində gənclərin rolu layihəsini həyata keçirmişdir. Layihənin məqsədi gənclər arasında ekoloji savadlılığın artırılmasıdır. ”Environmental Protection First” koalisiyası Ermənistan Respublikası ərazisində həyata keçirilən mədən sənayesi fəaliyyətlərinin transsərhəd təsirlərinin monitorinqini həyata keçirir. Koalisiya həmçinin bu sahədə qəbul edilmiş, Ermənistanın da Azərbaycanın da tərəf çıxdığı beynəlxalq konvensiyalar, bu konvensiyalar üzrə ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsi istiqamətində fəaliyyətləri izləyir və tədqiq edir. Koalisiyaya bu sahədə zəngin biliyə və təcrübəyə malik mütəxəssislər, həmçinin fəal vətəndaş cəmiyyəti üzvləri cəlb edilmişdir. Təlimlərdə tələbələr əldə etdikləri məlumatlar əsasında koalisiyanın gələcək fəaliyyətinə cəlb ediləcək, mədən sənayesinin ətraf mühitə təsirləri, ətraf mühit sahəsində beynəlxalq konvensiyalar, konvensiya tərəfləri olan ölkələrin öhdəlikləri və onların icrası sahəsində praktiki biliklərini artırmış olacaqlar.
İctimai birlik işğal nəticəsində ölkəmizin məruz qaldığı ekoloji terrorun fəsadlarının dünya gənclərinə çatdırılması üçün gənclərin potensialını gücləndirmək, məlumatlılığını artırmaq məqsədilə fəaliyyətini davam etdirəcəkdir.

Share: