Nənə yeni doğulan körpəni diri-diri basdırdı, 8 saatdan sonra…

Braziliyada baş verən hadisə dünya mətbuatının diqqətini çəkib.

Müstəqil.az xarici mətbuata istinadən xəbər verir ki, öldüyü zənn edilərək basdırılan körpə 8 saat torpağın altında qaldıqdan sonra xilas edilib.

Kutz Amin adlı nənə 15 yaşlı nəvəsinin dünyaya gətirdiyi körpəni diri-diri basdırıb. Körpənin hərəkətsiz olduğunu görən nənə onun ölü doğulduğunu düşünüb. Naməlum şəxsin bildirişindən sonra hadisə yerinə polis əməkdaşları gəlib. Polislər əlləri ilə torpağı qazaraq, körpəni xilas edib.

8 saat torpağın altında qalan körpənin yaşaması ətrafdakıları heyrətləndirib. Uşaq dərhal xəstəxanaya aparılıb. Müayinədən sonra uşağın sağlam olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Share: