Gününü televizor, planşet və telefon qarşısında keçirən insanlarda nevroloji xəstəliklər yaranır.
Bu cihazların ekran işığı bəzi nevroloji xəstəliklərin yaranmasına və kəskinləşməsinə səbəb olur.
Uşaqlarda beyin inkişafı ana bətnindən başlayır və böyüdükcə formalaşır. Beynin inkişafında genetik xüsusiyyətlərlə yanaşı ətraf mühitin də böyük rolü var. Sosial mühitdə böyüyən, yaşıdları və valideyni ilə oyun oynayan uşaqların beyin inkişafı daha yaxşı olur. Ancaq gününü ekran qarşısında, telefon və planşetdə keçirən uşaqların beyni inkişafdan qalmaqla yanaşı nevroloji xəstəliklər də meydana gəlir.
Davamlı işıq xəbərdarlığı epilepsiya yaradır. Bəzi valideyinlər elə körpə yaşlarından uşaqlarını noutbuk, telefon və planşetdə musiqi və ya video izləməsinə imkan yaradır. Uşaqlarda işığa qarşı reaksiya daha çox 2-3 yaşlarında həssas olur. Bu yaşlarda zamanını ekran qarşısında keçirən uşaqlarda diqqət çatışmazlığı, autizm, aqressiya, epilepsiya və danışıq problemləri meydana gələ bilər.
Gününü ekran qarşısında keçirən uşaqlar uzun müddətli elektromaqnit şüalanmaya məruz qalır və belə uşaqlarda epilepsiya daha çox müşahidə edilir. Elektromaqnit şüalanma epilepsiyaya yol açan əsas amillərdəndir.
Xəyalə Məmmədova
Nevroloq, Uşaq nevroloqu
KEPRO Estetik ve Antiage Klinikası
Ünvan: Həsənoğlu küçəsi 13.
Bakı Tehran Tibb Mərkəzi
Ünvan: Azadlıq prospekti 192 B.
Mobil: (+994) 50 458-60-05