“Niyə mərasimlərdə ağlamağın dində vacib olduğunu söyləyənlərin gözləri tutulmur?”

“Dində ağlamaqla bağlı əsaslandırmada daha çox mənbə olaraq Yaqub Peyğəmbərin itkin düşmüş oğlları Yusifin və sonra da digərinin dərdindən kor olması barədə Quran ayəsi və buradan qaynaqlanan rəvayətlər öndə gəlir. Klassik ədəbiyyatda da ən ciddi yazarlar bu mövzuya dəfələrlə toxunmuşlar. Mərsiyələrin də hədəfinin bu kədəri metaforalarla ifadə etmək olduğu bildirilir və insanlar ağlamağa yönləndirilirlər. Yusuf surəsinin 84-cü ayəsində deyilir: “…Kədərdən onun gözlərinə ağ gəldi”. Ayrıca ağlayıb-sızlamaqla gözlərinin tutulduğu da burada vurğulanmır. Ardınca isə həmin ayədə ən dəqiq format təqdim olunur: “O dərdini öz içində saxlayırdı”. Yəni, başqalarına göstəmək üçün çığır-bağır salaraq, özünə əziyyət vermirdi. Ayənin məzmunundan da anlaşılır ki, Hz. Yaqub həqiqətən o qədər Yusifin yoxluğuna üzülmüş və o qədər səmimi kədərə qərq olmuş ki, gözləri tutulmuş. Götürək ki, burada kədər deyilən insanın ruh halı ilə bağlı məsələ özünü ağlamaq formasında göstərib. O zaman Yaqub Peyğəmbərin durumunu özü üçün referans alaraq dini rituallar icad edənlər aşağıdakı məsələyə də aydınlıq gətirməlidirlər. Niyə müxtəlif dini mərasimlərdə ağlamağın İslam dinində vacib olduğunu söyləyənlərin indiyədək çox ağlamaqdan hansınınsa gözləri tutulmur? Əcaba, Yaqub Peyğəmbər qədər səmimi kədərlənmədiklərinə, ağlamadıqlarına görədirmi?
İslam səmiimiyyət dinidir, burada göstəriş olaraq ağlamaq, sızlamaq,özünə əzab vermək yoxdur, sadəcə ağlını doğru istfadə edərək insanlığa faydalı olmaq tələbi var!”
Fazil Mustafa, millət vəkili

Share: