Kişilərə çox pis xəbər: 50 il içində…

İngiltərədə aparılan araşdırmalar köhnə və yeni tarixli spermlər arasında ciddi fərq olduğunu ortaya qoyub.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, elm adamları sperm bankındakı 1950-ci ilə aid nümunələrlə bugünkü nümunələri qarşılaşdırıb və ortaya qorxuducu nəticələr çıxıb.

Sınaqlarda hər iki tarixə aid örnəklərin keyfiyyəti və kəmiyyəti yoxlanılıb. Məlum olub ki, hazırda kişilərin sperm sayı kəskin azalıb. 50 ildən sonra bu rəqəm daha da azalacaq və kişilər normal yollarla övlad sahibi ola bilməyəcək.

Mütəxəssislərin sözlərinə görə, dünya miqyasında son 60 ildə kişilərdə sperm sayı 110 milyondan 50 milyona düşüb. Əgər bu rəqəm 15 milyona çatarsa, kişilər övlad sahibi ola bilməyəcək.

Sperm sayının kəskin azalmasına səbəb kimi qəbul edilən qidalardakı hormonlar, ətraf mühit faktorları göstərilib. Siqaret, narkotik, stressli həyat, şüalanma, mobil telefonlar, kompüterlər də bu amilə ciddi təsir göstərir.

Share: