Yeniyetmə qız telefona görə özünü binadan atdı

Bakıda yeniyetmə qız anasının ona telefon verməməsi səbəbindən özünü 11-ci mərtəbədən yerə atıb.

Hadisə Xətai rayonunda, Sabit Orucov küçəsində baş verib.

2004-cü il təvəllüdlü Talıbova Fidan İlham qızı anası ilə mübahisə edib. Buna səbəb isə onun anasından mobil telefon istəməsi olub. Lakin anası telefonu ona verməyib.

Belə olduqda F.Talıbova özünü yaşadığı binanın 11-ci mərtəbəsindən yerə atıb. Xoşbəxtlikdən F.Talıbova avtomobilin üzərinə düşüb və sağ qalıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralı cərrahi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Share: