Çexiyanın Kikboksinq yığma komandasının üzvü, 15 yaşlı azərbaycanlı El Cəfər beynəlxalq yarışlarda növbəti qələbəsini qazanıb.
Müstəqil.az xəbər verir ki, o, 2014-cü ildə Dünya Kikboksinq Federasiyasının Çexiyada keçirilən yarışının gümüş mükafatçısı, mavi kəmər sahibidir.
E.Cəfərov 2016-cı ildə Almaniyanın Ştutqart şəhərində keçirilən çempionatın qızıl mükafatçısı olub. Gənc idmançı 2017-ci ildə Dünya Kikboksinq Təşkilatları Birliyinin və Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyasının gümüş mükafatçısı adına layiq görülüb.
Həmyerlimiz bu il iyunun 9-da Dünya Kikbonsinq Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə Çexiyada keçirilən çempionatda 47 kq-a qədər çəki dərəcəsində 2 kateqoriya üzrə gümüş və bürünc medal qazanıb.
Xatırladaq ki, qısa vaxtda böyük uğurlar qazanan E.Cəfərov Çexiyada azərbaycanlı diaspor fəalı Leyla Bəyim Cəfərovanın övladıdır.