Paşinyan da Tiflisə arxadan zərbə endirdi

Gürcüstanın BMT Baş Assambleyasında təqdim etdiyi “Abxaziya, Gürcüstan və Sxinvali regionundan olan qaçqın və məcburi köçkünlərin statusu haqqında” qətnaməni dəstəkləməyənlərin sayı artıb.

Müstəqil.Az Axar.az -a istinad edərək xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Kaxi İmnadze yayıb. Onun sözlərinə görə, keçən illə müqayisədə cari ildə bu qətnaməni dəstəkləyənlərin sayı 80-dən 81-ə yüksəlib.

Qətnamənin əleyhinə səs verənlərin sayı 16 nəfər olub. Bu il qətnamə əleyhinə səs verənlər sırasına Şimali Koreya, Myanma və Sudan əlavə olunub. Ümumilikdə qətnamə əleyhinə səs verən ölkələr sırasında Belarus, Burundi, Ermənistan, Kuba, Laos, Nauru, Nikaraqua, Filippin, Rusiya, Cənubi Sudan, Venesuela, Vyetnam və Zimbabve yer alıb.

Qeyd edək ki, Azərbaycan keçən il olduğu kimi, bu il də qətnaməni dəstəkləyib.

Bu qətnamə 2008-ci ildən bu yana BMT-də səsverməyə çıxarılır. Qətnamə əsasən işğal edilmiş ərazilərə qaçqın və məcburi köçkünlərin qaytarılmasını nəzərdə tutur.

İlkin H.

Share: