Portuqaliya-İspaniya matçında 6 qol – Yeniləndi

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının ikinci günündə ilk matç başlayıb.

Müstəqil.Az xəbər verir ki, “A” qrupunda yer alan Misir və Uruqvay milliləri Yekaterinburqun Mərkəzi stadionunda
üz-üzə gəliblər.

Misir və Uruqvay yığmalarının start heyəti:

Misir: 23. Məhəmməd əl-Şənavi, 2. Əli Qabr, 6. Ahmed Heqazi, 7. Ahmed Fəthi, 8. Tarek Hamed, 9. Marvan Mohsen, 13. Məhəmməd Abdul-Şəfi, 17. Məhəmməd əl-Nenni, 19. Abdulla əl-Səid, 21. Mahmud Trezege, 22. Əmr Varda

Uruqvay: 1 Fernando Muslera, 2 Xose Ximenes, 3. Dieqo Qodin, 4. Gillyermo Varela, 6. Rodriqo Bentankur, 8. Naitan Nandes, 9. Luis Suares, 10. Corcian de Arraskaeta, 15. Matias Vesino, 21. Edinson Kavani, 22. Martin Kaseres.

***

Qarşılaşmanın ilk hissəsi yekunlaşıb. Hesab açılmayıb.

***

Qarşılaşmanın 89-cu dəqiqəsində Uruqvay komandasının futbolçusu Xose Maria Ximenes hesabı açıb.

***

Görüş Uruqvay millisinin qələbəsi ilə başa çatdı: 1-0.

***

B qrupunda mübarizə aparan qonşu ölkə İran Mərakeşlə qarşılaşır.

***

İran matçın əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqədə hesabı açdı. Mərakeşli Buaddoz avtoqola imza atdı: 1-0. Matç bu hesabla da başa çatdı.

***

B qrupunun 2-ci matçında son Avropa çempionu Portuqaliya İspaniya ilə qarşılaşır.

Ronaldo Portuqaliyanı matçın 4-cü dəqiqəsində penalti zərbəsi ilə irəli çıxarıb: 1-0.

***

İspaniya matçın 25-ci dəqiqəsində Kostanın qolu ilə hesabı bərabərləşdirdi: 1-1.

***

Ronaldo matçın 44-cü dəqiqəsində özünün və komandasının 2-ci qoluna imza atdı: 2-1.

***

Kosta da özünün və komandasının matçın 55-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 2-2.

***

Naço 58-ci dəqiqədə İspaniyanı bu görüşdə ilk dəfə irəli çıxardı: 3-2.

***

Ronaldo matçın 88-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 3-3.

***

Görüş 3-3 hesabı ilə başa çatdı.

Müstəqil.Az

Share: