Almaniya millisinin türk əsilli futbolçusu İlkay Gündoğanın avtomobilinə Səudiyyə Ərəbistanı ilə yoldaşlıq oyunu zamanı hücum edilib.
Müstəqil.Az xəbər verir ki, Gündoğanın Kölndə saxladığı avtomobilinə naməlum şəxslər hücum edərək zərər vurublar.
Hazırda məsələnin Gündoğanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü ilə əlaqədar olub olmaması araşdırılır.
Xatırladaq ki, Almaniya ilə Səudiyyə Ərəbistanı arasındakı yoldaşlıq oyununda Məsud Özil və İlkay Gündoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəkil çəkdirdikləri üçün fitə basılmışdı.
Müstəqil.Az