Məşhur türk aktyoru Kamal Sunalın çəkildiyi filmlər öz təbiliyi, komikliyi, eyni zamanda düşündürücü məqamlarıyla yaddaşlarda dərini iz buraxlb.
Mərhum aktyorun illər öncə çəkildiyi və bu gün də sevə-sevə izlədiyimiz filmlər zamanından asılı olmayaraq öz aktuallığını itirmir.
Müstəqil.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin filmlərdən birində baş verən yanlışlıq isə illər sonra aşkarlanıb. Belə ki, Osman F.Sedenin senaristi və rejissoru olduğu “Yüz nömrəli adam” filmindəki bir səhnədə – reklam müqaviləsinn imzalanması zamanı mərasimdə Şabanın (Kamal Sunal) atasıyla danışığını işıqlandıran jurnalistlərdən biri – fotoaparatın lenti qoruma qapağını çıxarmadan şəkil çəkir.
Müstəqil.az