Bu gün Rusiyada keçiriləcək DÇ-2018-də növbəti oyunlar keçiriləcək.
Publika.az xəbər verir ki, yarışın 4-cü günündə 3 qarşılaşma baş tutacaq.
E qrupunda Serbiya və Kosta-Rika milliləri mundialda ilk görüşlərinə çıxacaq.
Ardınca F qrupunda mübarizəyə start veriləcək. Son dünya çempionu Almaniya titulunu qorumaq üçün ilk addımını atacaq. Bundestim Meksikanı sınağa çəkəcək.
E qrupunun ikinci oyunu ilə günə yekun vurulacaq. Braziliya İsveçrəni sınağa çəkəcək.
DÇ-2018. 1-ci tur
17 iyun
E qrupu
16:00. Kosta-Rika – Serbiya
Hakim: Malanq Diedhiou (Seneqal)
Samara. “Samara Arena”
F qrupu
19:00. Almaniya – Meksika
Hakim: Alireza Faqani (İran)
Moskva. “Lujniki” stadionu
E qrupu
22:00. Braziliya – İsveçrə
Hakim: Seszar Arturo Ramos (Meksika)
Rostov. “Rostov Arena”