Futbol üzrə DÇ-2018-də Rusiya – Səudiyyə Ərəbistanı qarşılaşmasına bilet alan moskvalı azarkeş xoş olmayan sürprizlə qarşılaşıb.
Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, azarkeşin bileti A204 blokunda 29-cu sırada 24-cü yer olub. Ancaq azarkeş stadionda həmin yeri tapa bilməyib. Məlum olub ki, həmin sırada yalnız 26-cı yerə qədər olan oturacaqlar mövcuddu.
Azarkeş stadiondakı stüardlara müraciət edib. Ona bildiriblər ki, DÇ-nin açılış oyunu başlayana qədər azarkeşin bilet aldığı yeri quraşdırmaq mümkün olmayıb. Əlacsız qalan fanat oyuna ayaq üstə baxmalı olub. (Komanda.az)