Sosioloq metroda baş verən hadisədə zərərçəkəni qınadı: “İctimai qınağı nəzərə almalı idi”

Xəbər verdiyimiz kimi dünən Bakı metrosunda qızı geyiminə görə döyməyə cəhd ediblər. Metroda qısa şort geyən qızla digər sərnişin oğlan arasında mübahisə baş verib. Daha sonra mübahisəyə orta yaşlı qadın da qoşulub. Qadın qıza əsəbiləşib və döyməyə cəhd edib.

Moderator.az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bu məsələdə daha çox zərərçəkən tərəfi qınayıb: “Hər kəs öz cəmiyyətinin qayda-qanuna əməl etməlidir. Yəni geyinən tərəf öz cəmiyyətinin düşüncəsinə uyğun davranmalıdır. İctimai qınağı nəzərə almalıdır. Digər tərəfə qalandasa mən onlarda da günah görürəm. Kiminsə kimisə döyməyə haqqı yoxdur. Yəni bunu mədəni şəkildə başa salmalıdır.
Məsələn mən bir hadisyələ qarşılaşdım, bir nəfər su içdiyi butulkanı dayanacaqda yerə atıb getdi. Mən o şəxsə yaxınlaşıb aydın şəkildə başa salıb butulkanı yerdən götüzdürdüm”.

Sosioloq bu yöndə xarici ölkələrdən nümunə gətirib:  “İstər Amerika olsun istər Hindistan hər ölkənin hər xalqın öz düşüncə tərzinə uyğun geyimi olur. Yəni gənclərimiz düşünməli deyil ki, biz azadıq istədiyimiz kimi geyinə bilərik. Geyimdə sərbəstlik olsa da o geyimi öz cəmiyyətinə görə geyinməlisən. Əgər sənin geyimin ətrafdakıları narahat edirsə, onları əsəbləşdirirsə demək problem sənin özündədir”.

Share: