Türkmənistan Respublikasının ailə məcəlləsinə çoxarvadlılığı qadağan edən müddəa əlavə olunub.
Müstəqil.Az Oxu.Az-a istinadla xəbər verir ki, bu haqda “İzvestiya” məlumat yayıb.
“Çoxarvadlılıq dedikdə, eyni vaxtda iki və daha artıq qadınla yaşama və birgə ümumi təsərrüfat nəzərdə tutulur”, – deyə sənəddə qeyd olunur.
Qadağanın sentabrın 1-dən (2018) qüvvəyə minəcəyi bildirilir. Buna qədər İslam şəriətinə əsasən türkmən kişilərə dördə qədər arvadla yaşamağa icazə verilirdi.