Sessiyada QDİƏT Parlament Assambleyasının fəaliyyəti barədə hesabat dinlənilib, təşkilata üzv dövlətlərin iqtisadi, ekoloji, mədəni və sosial inkişafının ümumi məqsədləri, bu ölkələrdə rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri, mədəni əməkdaşlığın möhkəmləndirilməsi və multikulturalizm mövzuları müzakirə olunacaqdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Siyasi və hüquqi məsələlər üzrə komitənin məruzəçisidir. Onun məruzəsi “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda olacaq. Həmçinin mədəniyyət, elm və sosial məsələlər üzrə komitə üzvləri, millət vəkilləri Jalə Əliyeva və Musa Quliyevin, İqtisadi, ekoloji və yüksək texnologiyalar məsələləri üzrə komitənin üzvü Ə.Amaşovun çıxışları da nəzərdə tutulub.