Ərdoğandan ABŞ-a CAVAB: “Trampa inanıram”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Senatının F-35 təyyarələrinin satışı ilə bağlı qərarına etiraz edib.

Publika.az xəbər verir ki, F-35 təyyarələri üçün 800 milyon dollar ödədiklərini deyən Ərdoğan Trampın bu məsələyə biganə qalmayacağına da inandığını qeyd edib: “Beynəlxalq normalar gözlənilməlidir. Bu iş onların arzu etdikləri kimi sonlana bilməz. ABŞ prezidenti Donald Trampın bu qərarı təsdiqləyəcəyinə inanmıram. Türkiyə bu günə qədər hər işdə qətiyyətli olub. Bundan sonra da elə davam edəcək. ABŞ-dan da olmasa, bir başqa yerdən olacaq. Ən son ehtimalda biz öz təyyarəmizi özümüz istehsal edəcəyik”.

Xatırladaq ki, layihə Dövlət Departamentində müzakirə edildikdən sonra ABŞ Senatına göndərilib. Senat Türkiyəyə F-35 təyyarələrinin satışının dayandırılması haqqında qərar layihəsini təsdiqləyib. Trampın imzaladıqdan sonra isə qərar rəsmən qüvvəyə minəcək.

Bununla yanaşı, Pentaqon ilk F-35-i Türkiyəyə təslim edib. Qırıcılar 2020-ci ilə qədər Türkiyəyə gətiriləcək.

Onu da qeyd edək ki, ötən gün ABŞ-ın hərbi informasiyalarının dərc edildiyi nəşrlərindən biri “Military Watch”ABŞ Senatının Türkiyəyə “F-35” qırıcısının satışını blok etdiyini, bu durumda rəsmi Ankaranın Amerika təyyarəsi yerinə “Su-57” ala biləcəyini yazmışdı. Belə olan halda isə Türkiyə hava qüvvələrinin ABŞ-la müqayisədə daha çox təhlükəli ola biləcəyi vurğulanıb.

Share: