Dünən təcili olaraq xəstəxanaya yerləşdirilən aparıcı, “Həyat” Fondunun rəhbəri Hacı Nuran Hüseynovun ağciyərində onkoloji şiş tapılıb.
Müstəqil.az xəbər verir ki, bu barədə aparıcının köməkçisi Məsim məlumat verib: “Hacı Nuranı Almaniyaya aparmağa hazırlaşırıq. Səhhəti pisləşmişdi, immuniteti aşağı düşmüşdü. Analizlər çıxanda öyrəndik ki, ağciyərində 5 sm onkoloji şiş tapılıb. Bazar günü Almaniyaya gedəcəyik, müalicəsini orada davam etdirəcək. İnşallah onu sevənlərin duaları tezliklə sağalmasına kömək edər”.