Yarıçılpaq ərəb fanat qadın və hicablı rus azarkeş qız – Futbol çempionatındakı təzadlar + VİDEO

Sosial şəbəkə istifadəçiləri futbol üzrə dünya çempionatının ilk matçı zamanı Səuduyyə Ərəbistanının qadın fanatları ilə Rusiyanın xanım azarkeşlərinin görüntüləri ətrafında qızğın müzakirələrə başlayıb.
Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, söhbət Moskvanın “Lujniki” staionunda Rusiya – Səuduyyə Ərəbistanı oyununun azarkeşlərindən gedir.
“Facebook”da yayılmış video-görüntülərdəki səudiyyəli ərəb qadın İslam ölkəsi hesab olunan Səudiyyə Ərəbistanı xanımları haqqdındakı stereotipləri tam alt-üst  edir. Ənənəvi hicablı uzun, qapalı geyim əvəzinə, azarkeş ərəb qadın çiyinlərini bayırda qoyan yüngül don geyinib. Fanat müsəlman(?) xanımın əlində üzərində “Allahdan başqa Allah yoxdur”  tövhid kəlamı yazılmış bayraq var. Ərəb qadın müsəlman dövlətinin rəmzi ilə sanki çiyinlərini silir. Bu məqam da müsəlman istifadəçilərin  hiddətinə səbəb olub…
Digər foto-görüntülərdə isə mavi –al qırmızı rəngli hicabda və  uzun qapalı qiyafədə olan rus azarkeş qız, bir yanda da qolu açıq nazik köynəkdə, saçları dağınıq görkəmdə olan səudiyyəli qız əlində müsəlman(!) ölkəsinin bayrağıyla görüntülənir. Ədalət naminə, demək lazımdır ki, matç zamanı stadionda açıq-saçıq rus qızlarıyla yanaşı, hicablı ərəb, müsəlman qadınları da olub. Amma yarıçılpaq səudiyyəli qadınların hoqqaları da Səudiyyə komandasını Rusiya qarşısındakı ağır məğlubiyyətdən xilas edə bilməyib: 5:0…
Sultan Laçın

Share: