Amerikalı alimlər texnoloqlarla birgə siqaret çəkməklə mübarizəyə yönəlmiş ixtisaslaşmış sosial şəbəkə yaradıblar.
Müstəqil.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, xidmətdən mütəmadi istifadə insanın zərərli vərdişlərdən imtina etmək şanslarını artırır.
Bu terapiya psixologiya və kibernetikanın əsasında yaradılıb. Onun əsasında süni intellekt ekspertlərinin və Ayova Universitetinin təhlilləri, Mayo mütəxəssislərinin müşahidələri dayanır.
Görülən işin nəticələri ürəkaçandır. “BecomeAnEX.org” xidmətindən istifadədən 3 ay sonra istifadəçilərin 21 faizi könüllü olaraq zərərli vərdişlərdən imtina edib. Nadir hallarda sosial şəbəkəni ziyarət edən istifadəçilər siqaret çəkənlər qrupunda qalıblar.
Kan Çjou adlı alim bildirib ki, sosial şəbəkənin istifadəçiləri daimi olaraq təmasdadırlar, bloqları ziyarət edir və onlayn dəstək alırlar. Təbii ki, insan daha çox vaxtını sistemə sərf edirsə, onu nikotin daha az çəkir.
Müstəqil.Az