Türkiyə ilə ABŞ-ın Suriyanın Münbiç şəhərində ayrı hərbi birləşmə halında yoxlama və müşahidə başlatmalarından sonra Amerika Müdafiə Nazirliyi (Pentaqon) ilk dəfə bölgədəki amerikalı əsgərlərin fotolarını paylaşıb.
Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, fotolarda amerikalı əsgərlərin Türkiyəyə aid birlikləri izlədiyi ortaya çıxıb.
Fotolar müdafiə mövzularında xəbər yayımlayan “Defense Post” saytında yer alıb.
ABŞ və Türkiyə qüvvələri Amerikanın rəhbərlik etdiyi koalisiya qüvvələrinin təyin etdiyi sərhəd xəttinin ikiyə ayrıdığı bölgədə koordinasiya şəklində paralel müşahidə-yoxlama vəzifələrini icra edir.
PYD terror təşkilatının ən böyük qüvvəsi olan Suriya Demokratik Qüvvələrinin nəzarətindəki Münbiçdə bu hadisələr baş verərkən, ABŞ prezidenti Donald Trampın İŞİD terror təşkilatı ilə mübarizədə özəl təmsilçisi Bred Makqark Türkiyə ilə bağlı açıqlama verib.
“NATO-dakı müttəfiqimiz və İŞİD-ə qarşı mübarizə koalisiyamızda ortağımız olan Türkiyə ilə birlikdə bölgədə və xüsusilə, Münbiçdə gərginliyi azaltmaq üçün gördüyümüz işi təqdir edirəm. Türkiyə ilə bir yol xəritəsi cızdıq. Bu əməkdaşlıq üçün minnətdarıq”.
Müstəqil.Az