“Survivor”-da faciə…Operator Dominikanda faciəvi şəkildə öldürülüb.

“Survivor” un operatoru Dominikanda faciəvi şəkildə öldürülüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun Ilıcalının layihə rəhbəri və aparıcısı olduğu “Survivor”da dəhşətli hadisə yaşanıb. Müsabiqənin 24 yaşlı operatoru Alper Baycın Dominikanda bir neçə nəfərin silahlı hücumuna məruz qalıb. Türkiyə KİV-lərinin yazdığına görə, telefonunu və çantasını almaq istəyən oğrular gənci ürəyindən bıçaqlayaraq öldürüb. Tibbi müdaxilələrə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb. Hadisədən dərhal sonra qaçmağa çalışan 2 şübhəli şəxs polis tərəfindən ələ keçirilib.

Acun Ilıcalı onu qəhr edən bu acı xəbəri instaqram hesabından bildirib: “Dəyərli iş yoldaşımız, gənc qardaşım Alper Baycını vəhşi hücum nəticəsində itirdik. Yaşadığımız acı və üzüntünü sözlərlə təsvir edə bilmərəm. Ailəsinə və sevdiklərinə başsağlığı və səbirlər diləyirəm. Məkanı cənnət olsun”.

Baş verən hadisədən dolayı Şimali Kiprdə bu axşam keçiriləcək dörddə bir finalının canlı yayımı ləğv edilib.

Acun Ilıcalı Dominikanda “Survivor”ın operatoru Alper Baycın cinayətkar dəstə tərəfindən ürəyindən bıçaqlanaraq öldürülməsi haqqında TV 8-də açıqlama verib: “Hamımızın ömrünün bir gün başa çatacağını anlayan biriyəm, amma ani bir şəkildə itirdiyimiz gənc yoldaşımız haqqında deməyə söz tapmıram. Dostumuz hücuma məruz qaldı və edilən bütün müdaxilələrə baxmayaraq, həyatını itirdi”.

Acun Ilıcalının ən yaxın dostu, “Survivor”ın Baş Koordinatoru, eyni zamanda ortağı Əsəd Yontuç müsabiqə proqramı müddətində ilk dəfədir ki, belə bir kədərli hadisənin baş verdiyi bildirib.

Aparıcı canlı yayımdan acı xəbəri açıqlayarkən gözlərinin şişməsi diqqət çəkib. İddialara görə, işçisinin ölümündən təsirlənən Acunun üzü kədərdən şişib.

Onu da qeyd edək ki, Apler Baycın nişanlı olub.

Share: