Bakının Səbail rayonu ərazisində təcili tibbi yardım maşını aşıb.
Hadisə Xəqani küçəsində, 160 nömrəli gimnaziyanın yaxınlığında baş verib. “MediClub” klinikasına məxsus təcili tibbi yardım maşını qəzaya düşüb.
Şahidlər baku.ws-ə bildiriblər ki, təcili tibbi yardım maşını qarşısına çıxan digər avtomobillərə dəyib və sürücü idarəetməni itirib.