Meksika milli komandasının kapitanı Rafael Markes Dünya Çempionatı tarixinə düşüb.
Publika.az xəbər verir ki, 39 yaş 139 günlük kapitan Dünya Çempionatının 1/8 finalında oynayan ən yaşlı futbolçu olub.
Dünən Braziliya qarşısında start heyətində mübarizə aparan Rafael bu göstərici ilə 1954-cü ildə eyni rekordu qıran Stenli Metyuzu geridə qoyub.
Xatırladaq ki, Stenli Metyuz 1954-cü ildə 39 yaş 145 günlük ikən İngiltərə forması ilə Uruqvaya qarşı oynamışdı.
Müstəqil.Az