Özbəkistan hökuməti boşanma üçün ərizə verən ailə sahiblərindən alınan dövlət rüsumunu 4 dəfə artırıb.
Moderator.az bu haqda Özbəkistan nəşrlərinə istinadla xəbər verir. Əvvəllər boşanmaq istəyənlər minimum əmək haqqının(MƏH) 50% -ni (92.150 sum) ödəməli idilər. Bundan sonra isə onlar MƏH-in 4 mislini (368,600 sum) ödəyəcəklər.
Qeyd edək ki, 2017-ci ildə Özbəkistanda 32 min cütlük boşanma prosedurunu keçib. Beləliklə, bu müsəlman ölkəsində 2016-cı ilə nisbətdə boşanma sayı 8% artıb.
Müstəqil.Az