Rusiya olmasa, türklər bizi məhv edər – Babayan

Rusiya təkcə Qarabağ konfliktində eskalasiyanın qarşının alınmasında deyil, həm də Cənubi Qafqazda stabilliyin saxlanılmasında mühüm rol oynayır.

Müstəqil.Az xəbər verir ki, bunu “Aravot.am” saytına müsahibəsində Qarabağın baş separatçısının “mətbuat katibi” David Babayan deyib.

“Bilirsiniz ki, vətənpərvərlik təkcə sözlərlə ifadə edilmir. Əgər Ermənistanda simvolik olaraq Rusiya bazası olmasa, o zaman siz bizim Türkiyə ilə situasiyamızı təsəvvür edə bilərsinizmi? Biz iki cəbhədə Türkiyə kimi aqressiv ölkə ilə vuruşa, bu qədər sayda ordunun qabağında dayana bilərikmi? Türkiyənin 85 milyon əhalisi, 700 minlik ordusu var”, – deyə o bildirib.

İlkin Həsənli

Share: