Notlar necə yaranıb? – Tanrının adı ilə başlayan MÜKƏMMƏLLİK

Heç düşünmüsünüz ki, not sistemini kim kəşf edib? Özü də niyə məhz do-re-mi-fa ardıcıllığı ilə…

Müstəqil.Az Publika.az-a istinadla notların yaranmasının maraqlı tarixini təqdim edir.

Dünyaca məşhur not sisteminin yaradıcısı Qvido d’Аrtessodur. Qvido 10-11-ci əsrlərdə İtaliyanın Toskana şəhərində yaşayıb. Hətta Florensiyada həmin monaxın xatirəsinə heykəl ucaldılıb.

Qvido müxtəlif məbədlərdə kilsə xor ifaçılığı üzrə ustad olub. Ömrü boyu İtaliyanı başdan-başa dolaşıb və not sistemini yaratmaq yolunda böyük əmək sərf edib.

Monaxın əsasını qoyduğu not sistemi və hər bir notun izahı aşağıdakı kimidir:

Do – Dominus – Tanrı;

Re – rerum – materiya;

Mi – miraculum – möcüzə;

Fa – familias рlanetarium – planetlər ailəsi, günəş sistemi;

Sol – solis – Günəş;

La – lactea via – Süd yolu

Si – siderae – Səma.

Qvidonun bu sistemi nəinki İtaliyada, eləcə də bütün dünyada günümüzədək təsdiqlənib, tədris olunur.

Share: