Planetin ən isti yay üçlüyü… – Proqnoz

Bu il çox isti keçsə də, 2016-cı ilin temperatur rekordunu qıra bilməyəcək, lakin planetin meteoroloji müşahidələr tarixində 2015 və 2016-cı illə yanaşı, ən isti yay üçlüyü sırasına düşəcək.

Müstəqil.Az xəbər verir ki, bu barədə məlumat Ümumdünya Meteorologiya Təşkilatı proqnozunda yer alıb.

2016-cı ilin temperatur sıçrayışı əsasən “El-Ninyo” təbii fenomeninə görə rekord müəyyənləşdirib. Lakin 2017-ci ildə bu fenomen müşahidə olunmayıb.

Ekspertlər hesab edirlər ki, güclü “El-Ninyo” fenomeni nəticəsində 2016-cı il müşahidələr tarixində ən isti il kimi qalacaq. 2017-ci il isə bu fenomenin müşahidə edilmədiyi illər arasında temperatur birinciliyinə iddialıdır.

Müstəqil.Az 

Share: