Bütün xəstəliklərin bir ortaq nöqtəsi var
“Unutmaq”
İstəyərsən bir nəfəri çağırasan adı düşməz yadına
Adı olar. Unutmaq
Mən də bunu yaşamışam, daha yaxın keçmişə
Qayıtmaram, həkim qız
Bu xərçəngin üzündən unutsam da içəcəyim dərmanı
Ən sevdiyim insanı
Unutmaram, həkim qız
Qəsdən özüm ağrıyıram, səni çağırmaq üçün
1suallıq görüşə
Tək bununla aranı soyutmaram, həkim qız
Canım üçün bir xərçənglə qurtarmır ki
Başqa qorxunc xəstəliklər
bürüyübdür otağı
Bir də axı
Qaraciyər serrozunun məndə fəsadları var
Demişdilər iki şeydən ola bilər…
Qəribə adları var
Spirtdənmi, tüstüdənmi nədən olar, həkim qız?
Həm də bir az astmayam soruş gör,
Bu gün mənim yerimə kim boğular, həkim qız?
14ildir ağrıyırdım səni gördüm sağaldım
Demək bütün unudulmazlar unudular, həkim qız
Məncə səni görən astma, spreysiz də nəfəs alar, həkim qız
Sən qarşıla xəstələrin sevgi ehtiyacların
Ömrün boyu cavan qal, ağarmasın saçların
Biz həyatı görmərik qarşımızdan çəkilsən
Qocalarsan desəm belə sən qocalan deyilsən
Uşaq kimi danışmaqdan kim qocalar, həkim qız?
Əynində ki, ağ xalat vallah elə yaraşır
Hər xəstənin gözlərində yaşamaqçün ümiddir
Nə bilim e, səni sevən igiddir
Ağ xalatlı, qıvrım saçlı qaraşın
Qanım -4 olsa da sənə yaman qaynayır
İndi mənim hislərimlə qadınlar yox, xəstəliklər oynayır
Demə mənə sağalarsan bilirəm ki,
Təsəllidir,həkim qız
Mənim sabah ölməyim
Bu günümdən bəllidir, həkim qız
Nə başını ağrıdım? uzun sözün qısası
Leykozdan da betərdir
Hər gün sənin sözün keçən boğazın ağrıması
Amma sənin 1saniyə gecikməyin Evtanaziya qədərdir
Bilirəm, çox gülməlidir, həkim qız
Artıq bu gün son günümdür, ölüm durub qapıda
Biz nə qədər gizlənsək də, əcəl gəlib tapır da
Səndən son bir istəyim var
Gözlərim yumularkən, görüm səni, həkim qız
Götür hara istəsən apar məni, həkim qız
Cəsədimi bük, ilk gündən bəyəndiyim xalata
Təkcə yerim olmasın morqun önü, həkim qız
Bilirsən də, hardayam yerdən üzü yuxarı… 14-cü palata