İsveçin Eskilstuna şəhərində ildırım düşməsi nəticəsində 50 yaşlı qadın ölüb.
Publika.az-ın məlumatına görə, yerli SVT kanalına danışan polis sözçüsü Region Öst bildirib ki, qadın meşədə gəzintiyə çıxıbmış. Geri dönmədiyini görən yaxınları axtarışa başlayıblar və qadını meşədə huşsuz halda tapıblar. Xəstəxanaya çatdırılsa da, həyatını qurtarmaq mümkün olmayıb.
Finlandiya dövlət televiziyası YLV isə ölkənin şimalında saunada dincələn iki qardaşın ildırım düşməsi səbəbindən öldüyü xəbərini yayıb.
Finlandiya Meteorologiya İdarəsindən verilən məlumata görə, ölkənin cənubunda son iki gündə 54 min şimşək çaxıb.