Bakıda Nə Qədər Maşın Var ?Bakının tıxac problemi…

90-cı illərdən etibarən sürətlə böyüyən, kütləvi köçlər qəbul edən Bakının tıxac problemi gündəlik həyatımıza ən çox təsir edən məsələlərdən biridir. Dünyanın bir çox böyük şəhəri kimi Bakı yolları da tıxac, dayanacaq və ictimai nəqliyyatdakı sıxlıqdan əziyyət çəkir.
Bu problemin səbəblərindən biri olaraq isə Bakı küçələrində maşın sayının çoxluğu qeyd edilir. Bakıda digər şəhərlərlə müqayisədə daha çox maşının olub olmamasını öyrənmək kiçik bir araşdırma etdik. 

Bakı küçələrində nə qədər avtomobil var?

Bakı küçələrində nə qədər avtomobil var?Dövlət Statistika Komitəsinin hər il açıqladığı statistikalara görə 2015-ci ildə Bakıda 728.706 avtomobil qeydiyyatdan keçib. 2000-ci ildə açıqlanan ilk statistikalara əsasən Bakıda 145.9 min maşının qeydiyyatdan keçdiyi göstərilir. 15 il ərzində Bakıda avtomobil sayı davamlı olaraq artıb. Bu rəqəmlərə əsasən hal hazırda Bakıda adambaşına 0.31 maşın düşür. Azərbaycan üzrə qeydiyyatdan keçən avtomobillərin sayı isə 1 milyon 322 minə yüksəlib.

Ancaq rəsmi statistikaların Bakının real əhali və avtomobil sayını əks etdirdiyi şübhəlidir. Rəsmi rəqəmlərə əsasən Bakıda qeydiyyatdan keçən vətəndaş sayı 2.2 milyon olsa da, paytaxtda yaşayanların sayı daha çoxdur.

Dünyanın böyük şəhərlərində avtomobil sayı

Dünyanın böyük şəhərlərində avtomobil sayıBakı ilə müqayisə etdikdə isə, 12 milyon əhalisi olan Moskvada 5.5 milyon avtomobil var. Rusiyanın paytaxtında adambaşına 0.46 maşın düşür. Moskva tıxacda ən çox vaxt keçirilən ikinci şəhərdir.

Tıxacları ilə məşhur İstanbulda isə 3.2 milyon avtomobil qeydiyyatdan keçib. 14.8 milyon əhalisi olan meqapolisdə adambaşına 0.21 maşın var. Ancaq eynən Bakıda olduğu kimi İstanbulda da qeydiyyatda olmayan çox sayda maşın olduğu bilinir.

Dünyada ən çox əhalisi olan ikinci şəhəri New Delhi’də adam başına 0.33 maşın düşür. 21 milyon insanın yaşadığı şəhərdə 7.3 milyon avtomobil var.

Britaniyanın paytaxtı Londonda isə adambaşına 0.29 maşın düşür. Londonda 2.56 milyon avtomobil var. Dünyanın maliyyə mərkəzlərindən biri sayılan Londonda 8.6 milyon insan yaşayır.

İNRİX statistikalarına görə tıxacda ən çox vaxt keçirən şəhərlər

İNRİX statistikalarına görə tıxacda ən çox vaxt keçirən şəhərlərNəqliyyat sahəsində bütün dünya üzrə araşdırmalar edən İNRİX şirkəti hər il tıxacda ən çox vaxt keçirilən şəhərlərin siyahısını açıqlayır. Yanvarda açıqlanan son siyahıya əsasən Los Angeles sürücüləri tıxacda 104 saat keçirərək siyahının zirvəsindədir. İkinci yerdə Rusiyanın paytaxtı Moskvadır. Moskvalılar tıxacda 91 saat vaxt keçirir.

Mənbə: Pahoo.az

Share: