Yaponiyanın üç prefekturasında Şanşan qasırğası səbəbindən 4 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, İbaraki prefekturasında yaşlı qadın küləyin şiddətli əsməsi nəticəsində yerə yıxılaraq əl-ayağını qırıb. Daha iki nəfər Tiba, biri isə Kanaqava prefekturasında xəsarət alıb.
Qeyd edək ki, küləyin gücü saniyədə 35 metrə, şiddətləndikdə isə 50 metr/saniyəyə çatır.