Anna Karenina həyatda kim idi?!

 
Müstəqil.Az tanınmış türkoloq alim, Prafessor Minəxanım Təkləlinin Feysbuk səhifəsində Anna Karenina paylaşdığı parçanı yayənlayır:

“Yazıldığı vaxtdan 150 ilik bir zaman keçməsinə baxmayaraq L. N. Tolstoy dühasının bu möhtəşəm yadigarına maraq az da olsa azalmamışdır.

 

Həyatda da onu daim düşündürən ailə, onun xoşbəxtlik problemi mövzusu yazıçını düşündürmüş və əsərin yazılmasına təkan vermişdir.

 

Ətrafında – kübar cəmiyyətində ailə dramları yaşanırdı; bunlardan biri onu xüsusən bərk məşğul etmişdi. Qonşu mülkdə yaşayan Suxotina Mariya (qız familiyası: Dyakova) ərini tərk edərək aşiq olduğu yüksək dövlət məmuru Ladıjenskiyə qoşulub  gedir. Əvvəlcə Karenina özünü Nevaya ataraq öldürməli idi, lakin bu ərəfədə Yasnaya Polyanada qonşu mülkədar Bibikovun ev idarəçisi və vətəndaş nigahında yaşadığı Anna Piroqovanın özünü qatar altına ataraq intihar etməsi, yazıçıya   sevimli qəhrəmanı üçün də bu intihar növünü seçməyə gərək oldu. Həqiqətən, bütün xoşbəxt ailələr bir birinə bənzəyir, bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir.”

Müstəqil.Az

Share: