Norveçdə balıqçılıq təsərrüfatı üzrə nazir məzuniyyətini İranda keçirdiyi üçün istefa verməli olub.
İstefaya səbəb nazir Per Sandberqin səfərlə bağlı hökuməti əvvəlcədən məlumatlandırmaması və təhlükəsizlik qaydalarını pozması olub.
Sandberq bu ilin iyulunda 28 yaşlı İran əsilli sevgilisi ilə həmin ölkədə dincəlib. O, nazirliyi və hökuməti səfəri ilə bağlı İranda iki gün qaldıqdan sonra məlumatlandırıb.
Digər qayda pozuntusu isə nazirin səfərə iş telefonunu götürməsi olub.
Artıq Sandberqin yerinə təyinat da olub. (Qafqazinfo)