Prezident üçün maşın: “Kartej” sınaqdan keçirildi – Video

Yutub sosial şəbəkəsinin “Avtorivyu.ru” kanalında paylaşılan görüntüdə dövlət rəsmiləri üçün nəzrədə tutulan “Kartej”in sınağı baş tutub.

 

Müstəqil.Az  xəbər verir ki, avtomobil “NAMİ” adına elmi-araşdırma mərkəzinin poliqonunda sınaqdan keçirilir.

 

Video müəlliflərinə görə, tam ötürücülü “Kartej” 650 at gücünə, 8 silindirli mühərrikə və doqquz pilləli ötürücüyə malikdir.

 

“Sınağın bu mərhələsi enerji aqreqatının yoxlanılmasına yönəldilib”, – deyə ekspertlər bildiriblər.

Müstəqil.Az

Share: