Bakı Beynəlxalq Avtovağzal Kompleksində əməkdaşlara vahid uniformalar veriləcək.
Bu barədə BBAK-nin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib.
Onun sözlərinə görə, bu gündən sərnişindaşımanın təşkili şöbəsinin əməkdaşları – perron nəzarətçiləri, dispetçerlər və mütəxəssislər vahid uniforma geyinəcəklər.
“Sərnişinlərimiz onları maraqlandıran bütün sualları əməkdaşlarımıza ünvanlaya bilərlər”.