ABŞ və Meksika anlaşdı – Trampdan İLK BƏYANAT

ABŞ prezidenti Donald Tramp Meksika ilə ticari əməkdaşlıq məsələsində anlaşdıqlarını bəyan edib.

Müstəqil.az Teleqraf.com-a istinadən xəbər verir ki, “ABŞ-Meksika Ticarət Anlaşması” adını daşıyan yeni siyasət Tramp və Meksika prezidenti Enrique Pena Nieto arasındakı telefon danışığında müzakirə edilərək razılaşdırılıb.

1994-cü ildən ABŞ, Meksika və Kanadanın üzvləri olduğu Şimali Amerika Sərbəst Ticarət Anlaşmasının (NAFTA) adının dəyişdiriləcəyini qeyd edən Tramp yeni adın “ABŞ-Meksika ticarət anlaşması” olacağını bildirib.

Tramp NAFTA-nın pis anlaşma olduğunu və ABŞ-a illərdir zərər verdiyini qeyd edib.

“Hazırda icra olunan anlaşmanı (NAFTA) ləğv edəcəm və ABŞ-Meksika anlaşmasının icrasına qərar verəcəm”, – deyə Tramp bildirib.

Share: