Avropa Komissiyasının sədri Donald Trampı hədəf alan sərt ifadələr işlədib.

Avropa Komissiyasının sədri Jan Klod Yanker ABŞ prezidenti Donald Trampı hədəf alan sərt ifadələr işlədib.

Müstəqil.az xəbər verir ki, sədr “əgər ABŞ avtomobil vergilərini artırarsa, biz də eynisini edəcəyik” ifadələrini işlədib.

Yanker qeyd edib ki, ABŞ Trampla ilə əldə edilən və vergilərin miqdarının dəyişdirilməməsini ehtiva edən yeni vergi razılaşmasına sadiq qalacağına ümid edir.

“Avropa İttifaqı kimsənin ticarət siyasətini başqalarına diqtə etməsinə icazə verməyəcək. Vaşinqtonun bu razılaşmanı pozması və Avropa İttifaqı ölkələrindən idxal edilən avtomobillərdən gömrük rüsumu tələb etməsi təqdirdə qarşı tərəfdən də eyni cavabı alacaq”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Avropa İttifaqının iki tərəf arasında avtomobil ticarətində gömrük vergisinin ləğv edilməsinə dair təklifi qəbul etməyib. “Blomerq” televiziyasına açıqlama verən Tramp təklifin yetərincə yaxşı olmadığını bildirib: “Onların istehlak vərdişləri öz avtomobillərini almaq istiqamətindədir. Bizim avtomobillərimizi almaq istiqamətində deyil”.

Avropa Komissiyasının ticarət mütəxəssisi Sisiliya Malmstrom Avropa Parlamenti üzvləri qarşısında etdiyi çıxışda “Avropa İttifaqı ABŞ eynisini tətbiq edərsə, avtomobil gömrük rüsumlarını sıfıra endirməyə, bütün tarifləri sıfırlamağa istəklidir” demişdi.

Müstəqil.Az

Share: