“Rus üsulu intihar” – Ölkə şokda…

Rusiyanın ən varlı adamına məxsus Poladtökmə Zavodunun top-meneceri Bruno Çarlz de Kuman Moskvanın mərkəzində göydələndən özünü yerə atıb.

Müstəqil.Az Musavat.com-a istinadla xəbər verir ki, belçikalı iş adamının “ənənəvi rus üsuluyla”, yəni özünü pəncərədən yerə atmaqla intihar etdiyi bildirilir.

“Tayms” qəzetindən Tom Parfitin yazdığına görə, Bruno Çarlz de Kuman Novolipetsk Metallurgiya Zavodunun tədqiqatlar və emal üzrə vitse-prezidenti olub. Şirkət isə bu il “Forbes” jurnalı və “Blumberq” agentliyi tərəfindən Ruisyanın ən varlı adamı elan edilən və sərvəti 15 milyard funt sterlinqlə ölçülən Vladimir Lisinə məxsusdur.

Kumanın cansız bədənini sahibloyu bölgədə yerləşən evin qarşısında tapıblar. İlkin istintaq ölümün hansısa cinayət nəticəsində baş verməsini istisna edib.

Xəbərdə belçikalı Bruno Çarlz de Kumanın ABŞ-ın ən prestijli təhsil ocaqlarından sayılan Kornuell və Belçikanın Gent universtetlərini bitirdiyi qeyd olunur. Onun işi şirkətin istehsal obyektlərində elmi tədqiqat mərkəzlərinin və metaldan hazırlanan yeni məhsulların işlənib hazırlanmasının koordinə edilməsindən ibarət olub.

Həmçinin Kumanın ölümündə hansısa cinayətin izinə rast gəlməməsinə rəğmən, Rusiyada bu kimi hadisələrin həmişə böyük şübhələr oyatdığı bildirilir. Media son illərdə özünü evinin eyvanı və pəncərəsindən atıb öldürənlər arasında iki jurnalistin, müxalif fəalın və Daxili İşlər Nazirliyinin generalının olduğuna diqqət çəkib.

Müstəqil.Az

Share: