Turistlərin ən çox axın etdiyi şəhərlər hansı şəhərlər olub?

“Euromonitor International” analitik şirkətləri il ərzində turistlərin axın etdiyi Top-100 şəhərlərin reytinqini tərtib edib.

Müstəqil.Az bildirir ki, 2017-ci ildə turistlərin ən çox getdiyi şəhərlərin siyahısında birinci yeri Honkonq tutur. Məlumatlara görə, bu il Honkonqu artıq 25.7 milyon turist ziyarət edib.

 

İkinci yeri Bankok – cari ilin 8 ayı ərzində 23.3 milyon insana qapısını açıb. 19.8 milyonla isə London ilk üçlüyü bağlayır.

 

İlk onluqda həmçinin Sinqapur – 17.6 milyon turist, Makao 16.3 milyon, Dubay 16.6 milyon, Paris 14.3 milyon, Nyu-York 13.1 milyon, Şençjen 13 milyon və Kuala-Lumpur 12.8 milyonla yer alır.

 

Müstəqil.Az

Share: