Həmişə din və mühafizəkar adət-ənənə amili azərbaycanlıların ermənilərlə, eləcə də digər dinə mənsub xalqlarla nikah münasibətləri önündə səddə çevrilib. Yəni, Azərbaycan qızlarının yad millətlərin nümayəndələri ilə evlilik məsələsinə münasibət birmənalı olmayıb.
Ermənilərlə qonşu olmasına, hətta ailələrarası münasibətlərin kirvəlik səviyyəsinə qədər gəldiyi dövrlərdə də bədnam qonşu dediyimiz bu adamlara qız verən Azərbaycan ailələri barmaqla sayılacaq qədərdir. Amma erməni qızlarla evlənən kifayət qədər türkə- azərbaycanlıya rast gəlmək mümkündür. Təbii ki, söhbət Dağlıq Qarabağ müharibəsindən əvvəlki dövrdən gedir.
Buna baxmayaraq ermənilərdən qız alan azərbaycanlı bəylər də el qınağı ilə az üzləşməyib. Hətta bəzi mühafizəkar bölgələrimizdə qonşuluq münasibətlərində cavan qız və gəlinlər kəndə təzəcə gəlin köçmüş erməni “axçi”sini bir müddət saya salmırlarmış. Su gətirməyə gedəndə, bulaq başına çıxanda “xaç qara gəlmiş”ə xəbər etməzlərmiş.
İndi isə erməni yazıçılarının, tarixi roman və oçerk müəlliflərinin azərbaycanlı qızlarla yaşadığı (əgər buna yaşamaq demək mümkünsə) nakam eşq hekayələrindən danışacağam.
Başlayaq, Aleksandr Şirvanzadədən. O məşhur “Namus” əsəri var ha, sovet dövründə də məşhur idi, teatrlarımızın səhnələrindən düşmürdü, onun müəllifindən. Aleksandr Şirvanzadənin “Fatma və Əsəd” adlı hekayəsi var. O qədər də məşhur deyil. Hekayənin qəhrəmanı Əsəd şamaxılı Həsən bəyin qızı Fatmaya vurulur. Əsərdəki Əsəd elə Şirvanzadənin prototipidir. Yəni, Əsəd-Aleksandrdır. Hekayə Azərbaycan dilində yazılıb. Bir çox dillərə də tərcümə edilib. Bilməyənlər üçün deyim ki, Şirvanzadə 1859-cu ildə Şamaxıda doğulub. Bığ yeri tərləyənə qədər burada yaşayıb.
Şirvanzadə Şamaxıda kasıb ailədə böyüyüb. Ona görə də, ailəsini dolandırmaq üçün bir müddət Həsən bəyin çulçusu olub. Bəyin atlarını çullayırmış. Bu zaman çulçu Aleksandr 14 yaşlı “qarasaç, sünbül hörüklü Fatma”ya vurulur. Yəni, Həsən bəyin aman-zaman qızına. Amma Həsən bəyin qəzəbindən qorxduğu üçün qıza ürəyini aça bilmir. Sevgisi cavabsız qalır. Sadəcə Fatmaya sevgisini müxtəlif yollarla hiss etdirməyə çalışmaqla kifayətlənir. Aleksandr Şirvanzadə Kaliforniyada çap etdirdiyi “Xatirələr”ində ilk məhəbbəti olan Fatmaya da yer ayırır. Bu haqda məlumatı yazıçı – publisist Vilyam Saroyanın “Qafqazın Aleksandrı” adlı yazısında da rast gəlmək olar.
Azərbaycan qızı ilə uğursuz sevgi yaşayanlardan biri də çoxlarınızın terrorçu-yazıçı kimi tanıdığınız Zori Balayandır. O, məşhur və bədnam “Ocaq” əsərinin müəllifini deyirəm. Zori Balayan Ryazan Tibb İnsitutunda oxuyarkən Tamilla adlı anası erməni, atası azərbaycanlı olan bir qızı sevir. Üç aylıq münasibətlərdən sonra Zorik Tamilla ilə evlənir. Lakin nikah uzunömürlü olmur. İki il sonra Tamilla Zori Balayandan ayrılır. Səbəb kimi isə həyat yoldaşının psixi problemlərinin olmasını göstərir. Hətta Xankəndindəki 366 –cı alayın komandirlərindən olan Baqrat Mkrtçyan xatirələrində yazır ki, “Zori Balayan Xocalıda Tamillanın heyfini azyaşlı qızlardan çıxırdı”. Zori Balayan öz xatirələrində 13 yaşlı türk qızına qarşı etdiyi işgəncələri özü də etiraf edib:
Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri, yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:
“Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.
Xocalının Şuşakənd kəndində doğulan və Azərbaycan SSR-nin “Xalq şairi” ünvanını almış Samvel Qriqoryan da azərbaycanlı qızı sevsə də məhəbbəti daşa dəyib. Qriqoryan İsmayıllının Talıstan kəndinə zəhmətkeşlərlə görüşərkən Əsmər adlı bir qıza vurulur. 40 yaşlı Samvel həmin vaxt evli olsa da, Əsmərə aşiq olmasını da gizlətmir. Həmin məhəbətdən bəhs edən “Talıstan çöllərinin ulduzu” adlı əsərində Əsmərə ürəyini açdığını deyir. Əsmər isə erməni şairə “pambıq dodaqlarından” yepyekə yox çıxarıb, Samvelə “əl çək” göstərişi verir.
Erməni yazıçısı Nairi Zaryan isə Nisəbəyim adlı bir qıza vurulur. İrəvanda texnikumda oxuduğu illərdə gənc Nairi Nisəbəyimə ona aşiq olduğunu deyir. Nisəbəyim, erməni şairə nə hə, nə də yox deyir. Müsəlaman adəti üzrə elçilərini sevdiyi qızın atasının qapasına göndərir. Nisənin atası Nairi Zaryanın göndərdiyi adamlara yox deyir. Nisəbəyim sonradan faciəli şəkildə – doğuş zamanı dünyasını dəyişir. Şair ilk eşqinin bu faciəsindən xəbər tutur. “Nisacan” adlı “uzun şeir” yazır:
“Atan elçilərimi salmadı saya.
Ellər qınayarmış, atanı guya.
Axx, Nisacan, ax, mənim zavallım,
Düşdü ilk eşqimiz, düşdü ağ suya…”.
Hələ, üzə çıxardığımız bunlardır. Kim bilir, bəlkə də Azərbaycan yazıçılarının da erməni qızlarla eşq macəraları olub. Amma onların məhəbbətinin bu qədər nakam olacağına inanmağım gəlmir. Çünki erməni “axçik”ləri ailələrinin “yox” dediyi halda belə Azərbaycan kişisi üçün hər şeyindən keçib. Atasına da, anasına da, “quş” qoyub. Azərbaycanlı sevgilisinin ağuşuna uçub. Yəni, ermənilərlə “nikah embarqosu” tarix boyu birtərəfli qaydada olub.
Tural Turan