Atamın xatirələri hörümçək toruyudu

Orxan Saffari
Uşaq olanda tez-tez
qarışqa yuvalarını dağıdırdım.
 
Bir dəfəsində eşitdim ki,
təzə ailə qurmuş filankəsin yuvası dağılıb
Yerə oturub qarışqalardan
üzr istədim,
yalvardım.
 
Qazan qapaqlarından maşın sürərdim,
ta ki, atam qəzada həlak olana qədər
sonra maşınlardan qorxdum,
evə gəlib,
qazan qapaqlarına baxıb dəli olurdum.
 
anam hər gün evi təmizləyirdi,
atamın xatirələri hörümçək toruyudu,
anam toxunmurdu
 
zaman-zaman anamın da şəkli
atamın şəklinin yanına gəldi….
Sonra kirli qaldı evimiz..
Yığışdıran olmadı…….
(Xatirələri)

Share: