“Ötən şənbə günü sözün işığına yığışmışdıq. O gün Cəlilabadda əsl poeziya bayramı idi. O gün Cəlilabaddakı H.Əliyev adına Yaradıcılıq Mərkəzinin qapıları qonaqların üzünə taybatay açılmışdı… Əlamətdar tarixi bir gün qeyd olunur, yaddaşa yazılırdı. Respublikamızda sayılıb-seçilən, həmişə yüksək dəyərlə adları çəkilən cənub bölgəsinin tanınmış yazarlarından olan şair-publisist, AYB-nin və AJBnin üzvü. “Sözün işığı” jurnalının təsisçisi və baş redaktoru Ədalət Salmanın 60-illik yubileyi və “İlahi, sən bizi sözə bağışla” adlı yeni şeirlər kitabının təqdimatı idi.
Ədalət Salmanın 60 yaşı qeyd olunub
Müstəqil.Az xəbər verir ki, Bu günlərdə Cəlilabadda tanınmış şair, “Sözün işığı” jurnalının təsisçisi və baş yazarı Ədalət Salmanın yubiley tədbiri keçirilib.
“Region- press” qəzetinin redaktoru Samir Qurbanovun tədbirlə bağlı qələmə aldığı yazını yayınlayırıq:
Foyedə onun yaradıcılığından bəhs edən sərgi də təşkil olunmuşdu. Sərgidə kitablarla yanaşı, Azərbaycan Jurnalistlər Birliyinin Ədalət müəllimə yubiley münasibətilə verdiyi Diplom da, ayrı-ayrı təşkilatlar tərəfindən təqdim olunun Fəxri fərmanlar da, yubilyarı təbrik edən, onun şeirləri çap olunan “Ədəbiyyat”, “Ədalət”, “525-ci qəzet”, “Təhsil problemləri”, “Yurd sevgisi” , “Region-press” və başqa qəzet-jurnallar da qoyulmuşdu.
Cəlilabad rayon icra hakimiyyətinin dəstəyi və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə düzənlənən yubiley tədbiri olduqca maraqlı keçdi. Şair-publisist Ədalət Salmanın Azərbaycan poeziyamıza verdiyi töhfələr, təsisçisi və baş redaktoru olduğu “Sözün işığı” jurnalı vasitəsilə cənub bölgəsində ədəbi mühütün formalaşmasına göstərdiyi xidmətləri, gənc yazarlarımıza mənəvi dəstəyi, örnək olası şəxsi keyfiyyətləri sadalandı yubiley mərasimində.
Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən Qəni Bəxtəvər, Ağamir Cavad, Əlizadə Nuri, Vəliyulla Novruz, Mirkamil Mirxəliloğlu, Əlirza Həsrət, Meyxoş Abdullah, Əfrahim Abbas, Böyüş Yaquboğlu, OMBUDSMAN-nın nümayəndəsi Ziya İsmayılov, MKS-nın direktoru Elçin Hüseynov, “Region-press” qəzetinin baş redaktoru Surxay Şahbazov, Rayon mədəniyyət şöbəsi həmkarlar təşkilatının sədri Mirşamil Mürsəlov, ADPU Cəlilabad filialının baş müəllimi Mahmudağa Qasımov, Əməkdar Mədəniyyət işçisi Cahangir Muradov, Şatırlı kənd orta məktəbinin tarix müəllimi Elşad Əmənov, “Yurd sevgisi” qəzetinin xüsusi müxbiri Əlizadə Həqiqi, əmək veteranı Hacıağa Nəzərov və başqaları çıxış edərək şair-publisist Ədalət Salmanın ədəbi yaradıcılığına, onun şəxsiyyətinə olan sayğı və ehtiramlarını bir daha dilə gətirdilər. Tələbə oxucular şairin yeni kitabından şeirlər söylədilər. Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri Əliheydər Əsədov yubilyar haqqında ürək sözlərini deyəndən sonra ona Fəxri fərman təqdim etdi.
Möhtəşəm keçən tədbirin sonunda şair-publisist Ədalət Salman onun naşirlik fəaliyyətindən və ədəbi yaradıcılığından söhbət açan bütün qələm dostlarına və qonaqlara öz təşəkkürünü bildirdi.
Şirin təəssürat hissləri doğuran yubiley mərasimi iştikarçıların qəlbində xoş ovqat yaratdı, unudulmaz duyğularla yadda qaldı.
Müstəqil.Az